Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev aprelin 15-də Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan sakinlər ilə görüşəcək.

Bu barədə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Biləsuvar şəhərində baş tutacaq. Vətəndaşlar yazılı formada komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər. Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.