Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.