Mingəçevirdə Kürdə batan şəxsin meyiti tapılıb
Ötən gün Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1,5 kilometr aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

