Mərdəkan qəsəbəsində dənizdə batan yeniyetmənin meyiti tapılıb

Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2026-cı il iyulun 28-də Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.