Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 1 820 ton buğda göndərilib - Yeniləndi

Bu gün 26 vaqondan ibarət, çəkisi 1820 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

-------

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, 26 vaqondan ibarət, çəkisi 1 820 ton olan buğda 19 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.