Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 178,1 ton olub.

Yerveinsan.az-n məlummatına görə, AZƏRTAC ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, ABŞ dolları portfelinin (74 milyard 3 milyon dollar) 23 milyard 934,7 milyon dollarlıq hissəsini (32,3 faiz) qızıl investisiyaları təşkil edir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında qızıl ehtiyatları 184,8 ton təşkil edib.