Şabran rayonunda və Qala qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
İyunun 27-də saat 12 radələrində Şabran rayonunun Zağlı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Mustafayev idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə nəticəsində sürücü yerindəcə həlak olub. Avtomobildə olan sərnişin, Abşeron rayon sakini Nazim İbrahimov isə yerləşdirildiyi xəstəxanada ölüb.
Ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi həmin gün saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Əhməd Axundov idarə etdiyi “KIA” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə Ə.Axundov və sərnişinləri H.Əliyeva, S.Qəmbərova, M.Qasımov və İ.Əliyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, sürücü Ə.Axundovun həyatını xilas etmək mümkün olmayıb. Sərnişinlər xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.

