DİN: Ötən gün yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər həlak olub

Daxili işlər orqanlarının əməkdaşları iyunun 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin üstünü açıblar. Axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.