Sabah Bakıda və Abşeron yarımadasında 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacaq.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: şimal küləyi əsəcək, dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.