Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum”, "Bilgəh" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.