Mədəniyyət nazirinin Tovuzda vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib

Mədəniyyət naziri Adil Kərimli tərəfindən avqust ayının 23-də Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi, 3) keçirilməsi nəzərdə tutulan Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, qəbulun avqustun 29-da keçirilməsi planlaşdırılır.