Mikayıl Cabbarov Çində konfransda iştirak edib

Azərbaycanın Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Çində İnvestisiya ilində: Xidmət Sektorunda Daha Açıqlığın Təşviqi Konfransı"nda iştirak edib.

Bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

"Çin Beynəlxalq Xidmətlər Ticarət Sərgisi (CIFTIS) çərçivəsində keçirilən "Çində İnvestisiya ilində: Xidmət Sektorunda Daha Açıqlığın Təşviqi Konfransı" adlı tədbirdə biz qlobal tərəfdaşlıqların genişləndirilməsində xidmət sektorunun əhəmiyyətini vurğuladıq.

Konfrans çərçivəsində Çin Xalq Respublikasının ticarət naziri Vanq Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi potensialı barədə fikir mübadiləsi apardıq" - nazir paylaşımında əlavə edib.