Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə məlumat yalandır - MN

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - qurumdan bildirilib.