“Brent” nefti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,28% azalaraq, 1 barelə görə 95,11 dollar təşkil edib.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,08% artaraq, 91,78 dollar olub.