Şahin Mustafayev Rusiya Baş nazirinin müavini ilə görüşüb

Baş nazirin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb

Nazirlər Kabinetindən verilən xəbərə görə, oktyabrın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb. 

Görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.