Paytaxt sakininin mobil telefonunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb

Paytaxt sakininin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də paytaxt sakini olan bir qızın mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Mirzəyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırmalarla onun oktyabrın 29-da Yasamal rayonu ərazisində bir nəfərin 2 min 300 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.