Dərələyəz mahalı Çivə İcması hesabat verdi

Dərələyəz mahalı Çivə İcmasının ziyalılarla görüşü keçirilib. Bu barədə Çivə kənd icmasının rəhbəri Dərələyəz mahalı Keşkənd İcmasının sədr müavini Möhübbət Səmədoğlu məlumat verib. O, bildirib ki, görüş hesabat xarakterli olmaqla həm də işgüzar mühitdə keçib. M.Səmədoğlunun sözlərinə görə görüşün məqsədi həm ziyalılarla, ağsaqqallarla görüşmək həm də geniş ictimaiyyətə fəaliyyətmizlə bağlı məlumat vermək idi.

M.Səmədoğlu: “Dərələyəz Keşkənd icmasının rəhbəri professor Mahirə Nağıqızının bütün icmalara olduğu kimi Çivə icmasının işinə də güclü dəstək verməsi qarşılıqlı münasibətlərin konstruktiv və dinamik xarakter almasına səbəb olan əsas amildir. İcma Azərbaycanın və dünyanın bir çox ölklərinə səpələnmiş Çivə kəndinin əhalisinin fəaliyyət icma ətrafında təşkilatlanmasında, fəaliyyət dairəsinin genişləndirilməsində maraqlıdır”.

Dərələyəz mahalı Çivə kənd icmasının hesabatının qəbul edən professor M.Nağıqızı hesabatı yüksək qiymətləndirərək icmanın işinin daha da təkminləşdirlməsi ilə bağlı məsləhətlər verərək təşkilatlanma işinin daha da intensivləşdirilməsini zəruri hesab etdiyini vurğulayıb. M.Nağıqızı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibəni Zəfərlə başa vurduğu kimi Qərbi Azərbaycana qayıdışla bağlı başladığı işi uğurla tamamlayacağına inanırıq. Vətən həsrəti yurd nisgili bizim laylalarımızda, bayatılarımızda yaşadığı kimi, o mənəvi ruh bizi torpaqlarımıza qaytaracaq. Hamımız vətən naminə yorulmadan heç kimdən sağ ol gözləmədən fəaliyyət göstərməliyik”

Qeyd edək ki, Beynəlxalq Avrasiya Fondunun ofisində baş tutan görüşdə təşkilatın rəhbəri Umud Mirzəyev Qərbi Azərbaycana qayıdışla bağlı fikirlərini yığıncaq iştirakçıları ilə bölüşüb. Dərələyəz İcmasının sədri professor Mahirə Nağıqızı Dərələyəzin tarixinin araşdırılması, toponimlərinin öyrənilməsi bu sahədə tədqiqatların dərinləşdirlməsinin elmi aspektlərinə toxunaraq ziyalılarla bu cür görüşlərin və fikir mübadiləsinin ümumi işə böyük fayda verəcəyini bildirib. Dərələyəz İcmasının İdarə Heyətinin üzvü, tədiqatçı alim, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova təbliğat işinin düzgün qurulması üçün müasir informasiya texnologiyasından səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Dərələyəz İcmasının idarə heyətinin üzvü, tədqiqatçı, hüquqşünas Səməd Vəkilov Qərbi Azərbaycana qayıdışın hüquqi aspektlərindən danışıb. İTV-yayım şurasının üzvü filoloq Sevil Yusifova Qərbi Azərbaycanla bağlı televiziya platformasında verlişlərin diapazonunun genişləndirilməsinin vacib olduğunu bildirib. İcma üzvü filologiya üzrə fəlsəfə doktoru Yeganə Qurbanova doğma yurda qayıdışın azyaşlı uşaqlara təbliğ edilməsinin faydalı olacağını yığıncaq iştirakçılarına çatdırıb. Dərələyəz icmasının üzvü, polkovnik Ənvər Quliyev təbliğat işinin formalaşdırılmasında daha çox xarici auditoriyanın nəzərə alınmasını təklif edib.

Çivə icmasının üzvü uroloq Vüsal Cəfərov doğma yurda qayıdışın artıq mənəvi ehtiyaca çevrildiyini bu amillərin ailə tərbiyəsi ilə sıx bağlı olduğunu söyləyib. Qarabağ müharibəsi veteranı Əhməd Vəkilov II Dünya müharibəsinin nəticələri ilə bağlı ermənilərin saxta statistikası ilə bağlı təbliğatının tarixçilərimizin tərəfindən ifşa edilməsinin, həmin dövrdə Qərbi Azərbaycandan sözügedən müharibədə iştirak etmiş Azərbaycan türklərinin say tərkibinin müəyyən edilməsi ilə yalançı erməni təbliğatının dağıdılması barəsində fikirlərini diqqətə çatdırmışdır. Sallı kənd icmasının rəhbəri AMEA Folklor İnstitunun Şöbə müdiri, Afaq Mustafayeva, Vikipediya hərəkatının aparıcı siması Elnur Eltürk və icma üzvü Bəkir Abbasovun və digər şəxslərin fikirləri maraqla qarşılanmışdır.

Qeyd edək ki, yığncaqda iqtisadçı Rəhim Calalov, ehtiyatada olan təhlükəsizlik polkovnik-leytenantı Sülyeman Calalov, Çivə icmasının gəncləri Anar Məmmədov, Səməd Məmmədli, Məhəmmədəli Məmmədli, Nilgün Nağıyeva, tarixçi Zülfinaz Məmmədova, oftalmoloq Mehparə Calalova, ehtiyatda olan polkovnik Hüseyn Əliyev, Namiq İmanquliyev, Qurban Xəlilov, müharibə veteranı, Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu, Səməd Məmmədov, Azərbaycan Akademik Opera və Balet Teatrının soilisti Mütəllim Dəmirov, iş adamı Namiq Məmmədov, jurnalist Fuad Abbasov, Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu iştirak edib.

Dərləyəz (Keşkənd) mahalı,
Çivə kənd icmasının
HESABATI

1. Civə kəndindən 1953 -1988-ci illərdə deportasiya olunan əhalinin siyahıya alınması.
2. Civə kəndinin toponimlərinin toplanması.
3. Civə kəndinin şəhid ailələri ilə görüş.
4. Qazilər və veteranlarla görüş.
5. İcmada ağsaqqallar, ziyalılar, qadınlar, gənclər və iş adadmları ilə görüş.
6. “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” hazırlanması ilə bağlı görüşlər.
7. Bərdə Rayon Mədəniyyət Mərkəzində Civə icmasının üzvü hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatında iştirak.
8. Bərdə rayonu İmirli kəndində Dərələyəz mahalı folklor-etnoqrafik sərginin təşkili.
9. Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında S.Vəkilovun “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabın təqdimatının təşkil olunması.
10.”Dağlarda obam qaldı” sənədli filminin hazırlanmasına dəstək.
11. .”Dağlarda obam qaldı” sənədli filiminin Sosial Tədqiqatlat Mərkəzində təqdimatının təşkil olunmasına dəstək.
12.Naxcıvanda “Qərbi Azərbaycana Qayıdış” festival-konqres cərcivəsində orda məskunlaşmış Çivə icmasının üzvüləri ilə görüşlər.
13.Naxçıvanda Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarını ziyarət edilməsi.
14. Naxçıvan Xalça və İplik İstehsalı müəssisəsində görüşün təşkil olunması.
15.Televiziyada, sosial şəbəkələrdə icmanın işlərinin təbliği.