Bakının 3 rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 14-də Bakının Binəqədi, Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan etibarən təmir-quraşdırma işləri başa çatanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki S.Fərziyev küçəsində və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

