Aleksandr Dyukov: “OPEK+” üzvləri neftin qiymətini 55-65 dollar civarında saxlamaq barədə razılığa gələ bilərlər

Rusiyanın “Qazprom neft” şirkətinin İdarə Heyətinin sədri Aleksandr Dyukovun fikrincə, “OPEK+” üzvləri bir barrel neftin qiymətini 55-65 dollar civarında saxlamaq barədə razılıq əldə edilməsinə çox yaxındırlar.

A.Dyukovun sözlərinə görə, tərəflərin bu barədə tezliklə razılıq əldə edəcəyi gözlənilir. Eyni zamanda, hasilat həcminin indiki səviyyədə saxlanılması da müzakirə olunur. A.Dyukov “OPEK+” sövdələşməsini neft bazarının tənzimlənməsində səmərəli mexanizmi adlandırıb.

 

Fəridə Abdullayeva