Dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala sakini saxlanılıb

Yanvarın 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.

Qurumun mətbuat mərkəzindən  verilən məlumata görə, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

DSX tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla həyata keçirilir.