Çexiya səfirliyi Ermənistandan Azərbaycana keçmək istəyən vətəndaşı barədə ŞƏRH VERMƏDİ

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

Səfirlikdən məsələni şərh etmək istəmədikləri bildirilib.

Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.

Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir. (report)