Ana Birçal Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir6

"Zati-aliləri, hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam. Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.

Seçkilərdəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş, vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.

Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə ümidvaram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".