Bərdədə “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” filmi nümayiş olunub
Tədbirdə Bərdə rayon təhsil şöbəsinin müdiri, resbublikanln əməkdar müəllimi Rzaqulu Şərifov çıxış edərək “Beynəlxalq ekologiya günü”nün tarixindən danışıb. Bildririlib ki, ekoloji maaraifçilk üçün rayonun təhsil müəssilərində mütamadi tədbirlər və ağacəkmə aksiyaları keçirilir.
“Ermənistanın Azərbaycana qarşı ekoloji terror” filminin ssenari müəllifi, AMEA Fəlsəfə İnstitunun dissertantı, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov bildirib ki, layihə Azərbaycan Gənclər Fondunun malyyə yardımı ilə keçirilib. Məlumat verilib ki, “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videofilmi əsasən Bərdə və Tərtər rayonun ekoloji terrora məruz qalan ərazilərində çəkilib və meşələrin və torpaqların yandırılması, qadağan olunmuş mərmilərin atılması və başqa mövzularda olan arxiv materillarından istifadə edilib.
Layihə rəhbəri Yasin Əliyev çıxış edərək bildirib ki, əsas məqsəd Ermənistanın 30 ildən çoxdur ki, ölkmizə qarşı həyata keçirdiyi ekoloj terrorun ağır nəticələri haqqında məlumat toplamaq və bu bilkləri ictimaiyyətə, xüsusi ilə gənc nəslə çatdırmadır. Tədbirdə çıxış edən filmin eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru, Xosrov Musayev belə layhələrin həyata keçirlməsiylə gənclərin Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əks-hücuma keçmək yeni mənbə əldə etdiklərini də vurğulayıb.
Gənclər və İdman İdarəsinin ris müavini Audın Qasımıov dünyanın qlobal problemlərindən olan ekoloji problem haqqında danışıb. Tədbirdə belə layhələrin həyata keçirlməsiylə gənclərin Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əks-hücuma keçmək yeni mənbə əldə etdiklərini də vurğulanıb.Film nümayiş etdirildikdən sonra bir qrup fərqlənən məktəbliyə Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin Fəxri Fərmanları təqdim olunub.

