Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçirilən Dünya Kubokunda iştirak edəcəklər

Bədii gimnastika üzrə böyük gimnastlar - İlona Zeynalova və Mədinə Dəmirova aprelin 12-dən 14-dək Bolqarıstanın Sofiya şəhərində keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcəklər.

Bu barədə  Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib. Bildirilib ki, yarışda məşqçi Nərmin Cahangirova və hakim Yevgeniya Vilyayeva da ölkəmizi təmsil edəcəklər.