Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Birləşmiş Ərəb Əmirliklərində ənənəvi “Şarja Masters” beynəlxalq şahmat turniri keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, mayın 14-də start götürəcək yarışda ölkəmizi Teymur Rəcəbov təmsil edəcək.

Qeyd edək ki, təşkilatçılar tərəfindən hazırlanan “Şarja Masters”in afişasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov da yer alıb. Turnirə mayın 22-də yekun vurulacaq.