“Qarabağ” – “Ayntraxt” oyununa 26 500 bilet satılıb
EFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununa 26 500 bilet satılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

