Bakı metrosunda müdaxilə ilə bağlı təkrar yoxlama aparılan qatar xəttə qaytarılıb

Metronun “Neftçilər-Qara Qarayev” stansiyaları mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub.

“Bakı Metropoliteni” QSC-dən  bildirilib ki, maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb.

“Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamalar aparılıb. Nasazlıq olmadığı üçün qatar “Nərimanov” stansiyasından sərnişinlərlə yoluna davam edib”, - deyə məlumatda bildirilir.