Ötən gün polis əməkdaşları 9,8 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 24-də ümumi çəkisi 9,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 2160 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.