Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 14 medal qazanıblar

Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Albania Open” turnirində 14 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, bunlardan 5-i qızıl, 2-si gümüş, 7-si bürünc mükafatdır.

Ötən gün start götürən yarışa sentyabrın 29-da yekun vurulacaq.