Bakının üç rayonuna suyun verilməsində fasilə olacaq

Sabah saat 10:00-dan 00:00-a qədər su xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən  bildirilib ki, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.