Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, gəmi Rostov-na-Dondan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.