Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Bakı və Sumqayıt şəhərlərində dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bir nəfərin 76 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə şəhər sakini olan bir nəfərin 8 min 745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.