Nigar Alimova aprelin 18-də vətəndaşlarla görüşəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 18-də qurumun Sumqayıt Ərazi İdarəsində Sumqayıt şəhərindən, Xızı və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşəcək.

Yerveinsan.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər 055 4652368 telefon nömrəsi ilə və ya [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 2 saylı Sumqayıt Ərazi İdarəsinə (telefon: 050 363 23 67 və ya elektron poçt ünvanı: [email protected]) aprelin 17-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.