Dövlət Komitəsinin sədri Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

İyunun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən bildirilib ki, görüş saat 11:00-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Görüşdə komitənin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətlərə baxılacaq.