Aprel ayında minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2026-cı ilin aprel ayında minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan  bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 344, tankəleyhinə 116 mina və 3410 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 7788,8 hektar ərazi mina və partlamamış hərbi