Attestasiyanın növbəti mərhələsi iyunun 23-dən iyulun 2-dək davam edəcək.

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi prosesi davam etdirilir.

Nazirlikdən bildirilib ki, attestasiyanın növbəti mərhələsi iyunun 23-dən iyulun 2-dək davam edəcək.

Bu mərhələdə instrumental alətlər (violin, klarnet, saksofon, fleyta, qoboy, truba), xor-dirijor, xoreoqrafiya və təsviri sənət ixtisasları üzrə çalışan müəllimlərin iştirakı nəzərdə tutulub.