Ötən gün 19 kiloqramdan artıq narkotik vasitə məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, kultivasiya yolu ilə yetişdirilmiş 229 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5,7 tondan artıq çəkidə 19200 ədəd çətənə və xaşxaş kolları aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.