"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Yerveinsan.az bildirir ki, Trend-ə daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.

 Məlumatı Daxili İşlər Nazirliyindən Trend-ə təsdiqləyiblər.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.