DİN "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

 
İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Vurğulanıb ki, əlavə məlumat veriləcək.