Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

 Qeyd edilir ki, keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.