Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılması nəzərdə tutulur.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda deyilir.

Sənədə əsasən, dağ-mədən (metal filizləri) və metallurgiya sənayesində, o cümlədən əlaqəli sahələr üzrə ESG prinsipləri və beynəlxalq məsul mədənçilik standartları nəzərə alınmaqla normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Yerin təki haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin hazırlanması, sənaye məqsədilə istifadə üçün torpaqların kateqoriyasının dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi, geoloji kəşfiyyat və mineral resursların qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlılıq standartlarının tətbiqi, geoloji məlumatların hazırlanması və təqdim edilməsinin həmin standartlara uyğunlaşdırılması planlaşdırılır.

Eyni zamanda, karbon tənzimləmə mexanizmləri, dairəvi iqtisadiyyat, enerji keçidi və rəqəmsallaşma kimi müasir çağırışların dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına təsirlərinin araşdırılması və uyğunlaşma tədbirlərinə dair təkliflər hazırlanması, dağ-mədən (metal filizləri) və metallurgiya sənayesində beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılması nəzərdə tutulur.