İrandan Azərbaycana müxtəlif növ narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin - 33 kiloqram 125 qram qurudulmuş marixuana, 5 kiloqram 015 qram tiryək, 2 kiloqram 90 qram heroin, 1 kiloqram 440 qram metamfetamin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.