Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq

İyulun 13-də axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir. Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtərdə 30 m/s, Tovuzda 26 m/s, Bərdədə 25 m/s, Mingəçevirdə 24 m/s, Şəmkirdə 22 m/s, Göyçay və Yevlaxda 21 m/s, Nabranda 20 m/s, Neftçala və Ağstafada 18 m/s, Zaqatalada 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.

Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub.

 
Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.