Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəxsin qalıqları dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilir ki, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları iyulun 18-də Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.