Yabanı halda bitən 2 tondan çox çətənə kolu məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində ötən gün ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitən 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.