Şirvan suvarma kanalında bir nəfər batıb

Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.