İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında +35 dərəcədən +40 dərəcəyə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında +36 dərəcədən +40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlıq rayonlarda isə +33 dərəcəyədək isti olacağı gözlənilir.