Utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ötən ilin oktyabr ayından bu günədək 7 min 860 nəqliyyat vasitəsi utilizasiyaya verilib.
Bu barədə “Təmiz Şəhər” ASC-dən məlumat verilib.
Məlumata görə, köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 544 min manatdan çox birdəfəlik ödəniş köçürülüb, həmçinin 374 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.