Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) 23 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Yerveinsan.az AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat olub.

Manata nəzərən avronun məzənnəsi isə 1.9949 manat təşkil edib. 1 Türkiyə lirəsi 0.0420 manat, 100 Rusiya rublu 2.1634 manat olub.