Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi cəlb olunub

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Yerveinsan.az bildirir ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.